Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında hərbi vətənpərvərlik mövzusunda “Mən evə qayıdıram” bədii filminin istehsalına başlanılıb. Kinostudiyadan bildiriblər ki, filmin əsas qəhrəmanı roluna namizədin axtarışı gedir. Filmin baş qəhrəmanı idmançı bədən quruluşuna, 178-182 sm boya malik və 24-27 yaş arasında olmalıdır.
   İsmayıl Səfərəliyevin ssenarisi əsasında rejissor Şamil Əliyevin quruluşunda lentə alınan filmdə hadisələr 1992-ci ildə cərəyan edir. Ekran əsərində Azərbaycan ərazisində yerləşən rus hərbi bazasından SU-25 təyyarəsinin qaçırılması faktı real həyatdan götürülüb. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar