Azərbaycan Dövlət Musiqili Teatrında macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettasına ictimai baxış keçirilib. Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.
Yanvar ayında səhnəyə gələcək “Silva” tamaşası yeni ilin ilk premyerası olacaq.