Amerikanın “Disney” kino şirkəti dünyada film prokatından illik 7 milyard dollar gəlir əldə edib. 
   Prokatdan ən çox gəlir gətirən filmlər «Ulduz müharibələri» (300 milyon dollar), «Doktor Strendj» (652 milyon dollar) və «Moana» (280 milyon dollar) animasiya filmləri olub. Şirkətin əsas gəlir gətirən filmləri arasında «İlk intiqam: Qarşıdurma» adlı fantastik döyüş filmi də yer alır. 
   Bununla belə, 2016-cı ildə buraxılan bütün filmlər “Disney” kinostudiyasına uğur gətirməyib. Misal üçün, «Böyük və xeyirxah nəhəng» və Stiven Spilberqin «Alisa güzgü arxasında» nağılı uğursuzluğa düçar olub.
   Ötən ilin nəticələrinə əsasən “Universal” kinostudiyası 6,9 milyard dollar qazanc əldə edib. «Forsaj-7», «Minyonlar» və «Yura dövrünün dünyası» blokbasterləri əsas gəlir gətirən filmlər olub. 
   2016-cı ilin ən uğursuz filmi isə rejissor Stüard Hendlerin «Maks Stil» filmidir. Bu filmin büdcəsi 11 milyon dollar olmasına baxmayaraq dünya prokatından cəmi 4,4 milyon dollar qazanc əldə edib. 
   
   İlona