Lənkəran Dövlət Dram Teatrında məşhur Danimarka yazıçısı Hans Kristian Andersenin “Qar kraliça” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olub. Dostluq və məhəbbətdən, xeyirxahlığın şər üzərində qələbəsindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Şəbnəm Hüseynova, Təranə Əzizova, Səyad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və digərləri ifa ediblər.
Səhnə əsəri məktəblilərin qış tətili günlərində nümayiş etdiriləcək.