Nizami Kino Mərkəzində türk filminin qala-gecəsi
Yanvarın 5-də Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Dönərsə sənindir” adlı filmin qala-gecəsi keçirilib. “Af Media” şirkəti və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən qala-gecədə Türkiyənin məşhur müğənnisi və artıq ikinci filmlə aktyor kimi özünü sınayan Murat Boz da iştirak edib.
Rejissor Erol Özlevin romantik komediya janrında ekranlaşdırdığı film TAFF studiyasında istehsal olunub. Ekran əsərinin qala-gecəsində, həmçinin filmin baş qəhrəmanları - tanınmış aktrisalar Yasemin Allen ve İrem Sak da iştirak edib. Xronometrajı 1 saat 50 dəqiqə olan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.