C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “4.1 Şəhər motivləri” kinoalmanaxı (“Qonşu qadın”, “Yuxarıda və aşağıda”, “Kədərim” və “Dmitrov küçəsi 86” qısametrajlı filmləri) və rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmi yanvarın 12-dən 29-dək Bolqarıstan paytaxtında keçiriləcək “Sofia MENAR” Beynəlxalq film festivalına dəvət alıb.
Hər iki ekran əsəri festivalın “Fokus” proqramında nümayiş olunacaq.
Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi Sofiya festivalı regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı islam dünyasının audiovizual əsərləri ilə tanış edir.