Dövlət sifarişi ilə çəkilən "İlahi məxluq" filminin nümayişi gələn ilin yanvar ayında nəzərdə tutulur. Bu barədə filmin ssenari müəllifi və rejissoru Yavər Rzayev məlumat verib. Onun sözlərinə görə, filmdə baş verən hadisələr bir çoban ailəsinin dağların yuxarı hissəsində qışlaqda yaşamağa getməsi zamanı cərəyan edir. Film ailənin qışlaqda olan zaman başlarına gələn macəralarla bağlıdır.
   Y. Rzayev filmin səsləndirilməsi üçün Moskvaya gedəcəklərini deyib.
   Məlumat üçün bildirək ki, filmin bəstəkarı Səyavuş Kərimi, rəssamı Rafiq Nəsirov, operatoru isə iranlı Rəsul Kənxayidir. Filmdə baş rolları Xalq artisti Nurəddin Mehdixanlı, Vəfa Zeynalova, Münəvvər Əliyeva və başqaları ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar