Yanvarın 7-də Azərbaycan Xalça Muzeyində tanınmış keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçiriləcək.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, ustad dərslərində rəssamın “Keçə sənətinin tarixi” adlı mühazirəsi dinləniləcək.
Azərbaycan dilində təqdim olunacaq mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və keçələrin məişətdəki əhəmiyyətindən danışılacaq.