Ukraynalı və azərbaycanlı solistlərin ifasında
   
   Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada əsas rolları ifa etmək üçün Ukrayna Milli Operasının solistləri - bu ölkənin Xalq artisti Olqa Naqornaya (Violetta) və Əməkdar artist Dmitri Kuzmin (Alfred) dəvət edilib.
   Tamaşada həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər. Dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.