Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov mayın 17-dən 27-dək Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, dünyanın nüfuzlu teatr rəhbərlərinin iştirak edəcəyi tədbir yeni yaradıcılıq axtarışları, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi, ortaq layihələrin hazırlanması istiqamətində mühüm rol oynayacaq.