“Forbes” jurnalı ötən ilin ən çox gəlir gətirən aktyorlarının siyahısını açıqlayıb.
   Skarlett Yohansson ilin ən "gəlirli" aktyorların siyahısına başçılıq edir.
   “Forbes”in məlumatlarına əsasən, 2016-cı ildə aktrisa liderliyi «İlk qisasçı: Qarşıdurma» filminin dünya prokatındakı uğuru sayəsində qazanıb. Yohanssonun çəkildiyi bu filmin bilet satışı 1,2 milyard dollar təşkil edib.
   Reytinqin ikinci pilləsində “Qisasçılar” filmində çəkilmiş Kris Evans və Robert Dauni (1,15 milyard dollar bilet satışı) yer alır. 
   Üçüncü pillədə isə «İntihar edənlərin dəstəsi» filminin ulduzu Marq Robbi (1,1 milyard dollar satış) qərarlaşıb. 
   İlk onluqda Emi Adams (1,04 milyard dollar), Ben Afflek (1,02 milyard dollar), Henri Kavill (870 milyon dollar), Rayan Reynolds (820 milyon), Felisiti Djons (805 milyon) və Uil Smit (775 milyon dollar) yer alıblar.
   
   İlona