Brüsseldə azərbaycanlı məcburi köçkünlər haqqında fotosərgi
Fevralın 23-dən 28-dək Brüsseldə “The Art Thema Gallery”də “Evə aparan beş yol” adlı sərgi açılacaq.
Avropa Azərbaycan Cəmiyyətinin saytında yer alan məlumata görə, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunacaq sərgidə tanınmış fotoqraf Filip Ratmerin Azərbaycanda lentə aldığı məcburi köçkünlərin fotoşəkilləri nümayiş etdiriləcək.
Filip Ratmer əsas diqqəti insanların təsirli hekayətlərinə cəlb etmək məqsədilə bütün şəkilləri qara arxa fonda çəkib.
Sərgiyə qapalı baxış fevralın 22-də olacaq. Bu barədə əlavə məlumat üçün jonathan.lukas@teas.eu elektron ünvanı ilə əlaqə saxlamaq lazımdır.