Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2016-cı il üçün sonuncu, 4-cü sayı çapdan çıxıb. Nəşrin məsul katibi Elçin İbrahimovun verdiyi məlumata görə, jurnalın bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Türkiyə, Polşa, Moldova, İran, Özbəkistan, Ukrayna və Azərbaycan alimlərinin məqalələri yer alıb. “Türkoloji irs”, “Dilçilik”, “Mədəniyyət və incəsənət”, “Tarix və etnoqrafiya”, “Yazılı abidələr”, “Müzakirə və diskussiya” rubrikalarında yer alan nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrindəki yazılar oxucuların marağına səbəb olacaq.
S.Qaliboğlu