Prezident İlham Əliyev yanvarın 12-də gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Zərrin Əliyeva, Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi Murad İbrahimov, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi Mahir Hacıyev, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi Elçin Məmmədov adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla xüsusi aylıq təqaüdə layiq görülüblər.