Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Alimlər Evi ilə Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində “Füzuli dünyası” mövzusunda lektoriya keçiriləcək.
Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimlinin mövzu ilə bağlı məruzəsi dinləniləcək.