Tbilisidə Rusiya və digər MDB ölkələrinin ilk kinofestivalı keçirilib. Festival MDB ölkələri Humanitar Əməkdaşlıq Dövlətlərarası Fondunun dəstəyi, Tbilisi İncəsənət və Mədəniyyətlərarası Beynəlxalq Fondun və Moskvanın Kino Proses Prodüser Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Festivalın prezidenti kinorejissor Eldar Ryazanovdur. Rustaveli kinoteatrında keçirilən festivalda Azərbaycanı kinorejissor Vaqif Mustafayevin “Milli bomba” filmi təmsil edib. Qeyd edək ki, festivala həsr olunmuş mətbuat konfransında digər rejissorlarla yanaşı Vaqif Mustafayev də iştirak edəcək. Festivalın nəticələri noyabrın 8-də açıqlanacaq.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar