Peşəkar kinematoqrafçılar gənclərə təlimlər keçəcək
“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib. Mərkəzin sədri Fehruz Şamıyev bildirib ki, gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər. Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir. Sözügedən layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunacaq.
Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat əldə edə biləcəklər.
Lalə