AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Dilçilik İnstitutunun əsərləri” jurnalının yeni sayı çap olunub. Bu sayda jurnalın baş redaktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun “Orta əsrlər Azərbaycan lüğətçiliyinə bir baxış” məqaləsi, dosentlər Baba Məhərrəmli, Aynel Məşədiyevanın türk dillərinə aid araşdırmaları, Mayıl Əsgərovun “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”, dosent Təranə Şükürlünün “Birinci Türkoloji Qurultay - Türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişafına geniş üfüqlər açan əlamətdar hadisə” və s. məqalələr yer alıb.
Həmçinin filologiya üzrə elmlər doktorları İsmayıl Məmmədlinin “Tofiq Hacıyev-80”, Sayalı Sadıqovanın “Möhsün Nağısoylu-70”, Nəriman Seyidəliyevin “İsmayıl Məmmədli-70” adlı məqalələri oxuculara təqdim edilib.
S.Qaliboğlu