Yanvarın 18-də Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq. Tədbir çərçivəsində 20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr edilən Səməd Təbrizlinin müəllifi olduğu “Sədaqət” xalçasının təqdimatı keçiriləcək.
Tədbirin bədii hissəsində Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin “Şəhidlər yaşayır” adlı rəsm sərgisi açılacaq, Gənc Tamaşaçılar Teatrının aktyorları yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasından bir hissə təqdim edəcək.