“İçərişəhər” bədii filmi 20-26 yanvar tarixlərində Hindistanın Mumbay şəhərində keçiriləcək 7-ci “Yaşvant” Beynəlxalq Film Festivalına dəvət alıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan film 2016-cı ildə bir sıra festivallarda təqdim olunub. Ekran əsəri hazırda Hindistanda 15-ci “Pune” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunur.
Psixoloji dram janrında lentə alınan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.