Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi Rusiyanin Sankt-Peterburq şəhərində keçirilən 13-cü beynəlxalq “Dobaşirfilm” kinofestivalında nümayiş olunacaq. Noyabrın 11-də başlanan festival ayın 14-də yekunlaşacaq. Festivalın müsabiqə bölməsində mükafatlar uğrunda 33 ölkədən 50-dən çox film iştirak edir. “Miras” sənədli filminin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub və artıq bir neçə nüfuzlu kinofestivala dəvət alıb.
Ekran əsəri oktyabrda Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqrafiya sənətinə sədaqətə görə" diplomuna, Rusiyanın “Maarif” telekanalı tərəfindən isə rejissor işinə görə "Maarif" diplomuna layiq görülüb.
Qeyd edək ki, “Miras” sənədli filminin rejissoru Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə təhsil alır.