Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Akademiyanın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Humanitar fənlər kafedrasının müdiri, professor Tərlan Quliyev çıxış edərək 1990-cı il yanvarın 20-nə keçən gecə keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən insanlığa qarşı cinayətin törədilməsindən, günahsız və əliyalın - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirilməsindən danışıblar. Tədbirdə BMA-nın I kurs tələbəsi Fatimə Əliyeva, “Detaşe” violonçelçilər ansamblı və “Clarte” kvarteti çıxış edərək yerli və xarici bəstəkarların əsərlərini səsləndiriblər.