Lənkəran Dövlət Dram Teatrının truppası yanvarın 19-da Milli Ordunun əsgərləri qarşısında növbəti xeyriyyə tamaşası ilə çıxış edib. Teatrın səhnəsində Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub.
Qədim dövlətçilik tariximizdən bəhs edən səhnə əsərinə Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Rolları Təvəkkül Əliyev, Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov və başqaları oynayırlar.