Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində “20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib.
Mərkəzin direktoru Ramazan Şabanov çıxış edərək bildirib ki, 1990-cı ilin 20 yanvar gecəsi dağılmaq ərəfəsində olan SSRİ-nin ordusu müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqın əzmini qırmaq üçün vəhşiliklər törətdi. Amma xalqımız dar ayaqda özünü itirmədi, mübarizə əzmini göstərdi.
Mərkəzin direktor müavini Nəzakət Rəhmanova bildirib ki, qanlı hadisələrdən 27 il keçsə də, xalq o müdhiş gecəni daim ürək ağrısı ilə xatırlayır. 20 Yanvar xalqımızın qan yaddaşında əbədi həkk olunub.