Milli Kitabxanada 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr edilmiş “Hüzn və milli qürur günü” adlı geniş kitab sərgisi açılıb.
Mərasimdə kitabxananın direktoru Kərim Tahirov 20 Yanvarda yaşananları yada salaraq həmin gecə xalqımızın qəhrəmanlıq salnaməsinin bir səhifəsinin yazıldığını deyib. Direktor faciənin ertəsi gün ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı cinayətə qarşı etiraz bəyanatı verməsindən söhbət açıb. Qeyd edib ki, 20 Yanvar hadisələri azadlıq yolunda atılan ilk addım idi.
Kitabxananın direktor müavini Ədibə İsmayılova, şöbə müdiri Səyyarə Məmmədli sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndiriblər.
Sonra iştirakçılar “20 Yanvar - hüzn və milli qürur günü” adlı kitab sərgisi ilə tanış olublar.
Lalə