Yanvarın 18-də Niyazinin mənzil-muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinovanın və elmi işçi Əzirə Abdullayevanın “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” və “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzularında məruzələri dinlənilib.
Çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın tarixində böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır. Vətəninin azadlığını hər şeydən uca tutan Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş musiqili kompozisiya təqdim edilib, “20 Yanvar şəhidləri” adlı sənədli film nümayiş olunub.