Noyabrın 25-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində “Salnamə” və “Lennauçfilm” (Rusiya) studiyalarının birgə istehsal etdikləri “Qafqaz qartalının uçuşu” sənədli filminin Sankt-Peterburq şəhərindən sonra Bakıda təqdimatı keçiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin birgə layihəsi əsasında çəkilən sənədli film Böyük Vətən müharibəsində (1941-1945) Leninqradın (Sankt-Peterburq) müdafiəsi zamanı hava döyüşlərində qəhrəmancasına döyüşmüş təyyarəçi Hüseynbala Əliyevə həsr olunub.
   “Qafqaz qartalının uçuşu” filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmovdur.
   Qeyd edək ki, 2010-cu ildə çəkilən film iki variantda - Azərbaycan və rus dillərindədir. Çəkilişlər Sankt-Peterburq və Bakı şəhərlərində aparılıb. Sankt-Peterburqda filmə baxış keçirən kino mütəxəssisləri ekran əsərini yüksək qiymətləndiriblər. Təqdimat mərasimində “Lennauçfilm” studiyasının nümayəndələrinin də iştirakı gözlənilir.
   






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar