Azərbaycan Milli İncəsənət Muzeyində uşaq və yeniyetmələr üçün bədii şüşə üzərində nəqqaşlıq və rəngkarlıq üzrə ustad dərsləri təşkil olunub. Dərslər tanınmış rəssamlar, dizaynerlər və muzeyin təcrübəli əməkdaşları tərəfindən aparılıb.
Uşaqları rəssamlıq mühitində birləşdirən dərslərdə nağıl mütaliəsi və yumşaq qar “adamlarının” hazırlanması kimi mövzulardan danışılıb. Yeniyetmə qızlar moda dizaynı üzrə ustad dərsində modelləşdirmə prosesinə böyük həvəs göstərməklə yanaşı, xüsusi hazırlanmış viktorinanın suallarını cavablandırıblar.