Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2017-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.
1. “İslam həmrəyliyi ili” çərçivəsində layihələrin hazırlanması;
2. “Bakı 2017” “Formula 1” Qran-prisi və ticarət festivalları (“shopping festival”) ilə bağlı mədəni tədbirlərin təşkili;
3. Regionlarda mədəniyyətin daha da inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsi.
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2017-ci ilin mart ayının 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə nazirliyə təqdim etməlidir.
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
2. QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
3. Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
4. Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
5. Tədbirin keçiriləcəyi yer və tarix;
6. Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
7. Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Hökumət evi, Ü.Hacıbəyov küçəsi 40.
Tel: (012) 498-79-53;
qht@mct.gov.az; qht.medeniyyet@gmail.com
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin
Qeyri-hökumət təşkilatları ilə iş sektoru