Fevralın 3-də ARTIM Layihə Məkanında rəssamlar - Hatəm Əlizadə, Mousa Bəyzadə, Əli Həsənov, Novruz Məmmədov, Filipp Messner və Sabit Zamanovun əsərlərindən ibarət “Disfoniya” adlı qrup sərgisi açılacaq. “Disfoniya” (tibbi termin) - struktur olaraq tamamilə normal olan səs büküşlərinin, səsi yaradan qırtlağın və rezonansı yaradan udlaq və ağızın normal funksiyasına və anatomiyasına baxmayaraq, insanın uyğun səs çıxarma funksiyasını yerinə yetirə bilməməsi vəziyyətidir.
   “YARAT” Müasir İncəsənət Mərkəzindən bildirilib ki, sərgi gündəlik məlumat axınının və səs “çirklənməsi”nin artması, eləcə də insanın daxili münaqişələrini və psixoloji durumlarını araşdıran eksperimental layihədir. Sərgiyə giriş sərbəstdir.