Fevralın 6-da Azərbaycan Milli Kitabxanasında “Virtua proqramının inkişaf etdirilməsi” mövzusunda beynəlxalq treninq işə başlayıb.
Açılış tədbirində kitabxananın direktoru Kərim Tahirov çıxış edərək treninqin üstünlüklərindən danışıb, layihəyə qatılan əməkdaşlara uğurlar arzulayıb.
Treninq “Innovative Interfaces Global Ltd.”nin əməkdaşı Yana İlavska tərəfindən aparılır.
Fevralın 11-dək davam edəcək treninqdə şirkətin məhsulu olan “Virtua” avtomatlaşmış kitabxana sistemində mövcud yeniliklər, kitab verilişi, oxucu qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi, avtoritet faylların qaydaya salınması, indekslərin optimallaşdırılması, dövri mətbuat məqalələrinin axtarış interfeysinin hazırlanması, biblioqrafik yazıların təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunur.