Noyabrın 27-də Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əlavə təsir” (“Bəşəriyyətin xilası”) bədii filminə ilk baxış keçirilib. Film Azərbaycan polisinin xidməti fəaliyyətinə həsr edilib. Daxili işlər orqanlarının əməkdaşları filmin ilk tamaşaçıları olublar. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və daxili işlər naziri Ramil Usubov çıxış edərək yaradıcı heyəti təbrik ediblər. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadədir. Filmdə aktyorlar Əbdülqəni Əliyev, Kənan Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çəkiliblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar