Rejissor Ziya Şıxlinskinin “Tahir Salahov” sənədli filmi Bakının 193 nömrəli orta məktəbində görkəmli rəssamın ad günü münasibətilə təqdim edilib. Məktəbin direktoru Rəhim Hüseynov 1928-ci il noyabrın 29-da Bakıda anadan olmuş Tahir Salahovun həyat və yaradıcılığının bəzi məqamlarından danışıb. 
   
   Qeyd olunub ki, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiya Federasiyasının Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, dünyanın 20-dən artıq rəssamlıq akademiyasının və yaradıcılıq təşkilatının üzvüdür.
   Film rəssamın özü haqqında söhbəti ilə başlayır və onun söhbəti ilə də qurtarır. Rejissor diqqətə çatdırıb ki, filmin belə quruluşda çəkilməsini o, T.Salahovla birgə fikirləşib.
   Tahir Salahov filmdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, sonra isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda aldığı təhsilindən bəhs edir. Qeyd edir ki, Azərbaycan neftçilərinin həyatından bəhs edən əsərlər onun yaradıcılığında əsas yeri tutur. Neftçilərin həyatından bəhs edən “Təmirçilər”, “Xəzər üzərində”, “Xəzərdə səhər” rəssamın məşhur əsərlərindəndir.
   Sənətkarın portret janrında yaratdığı bəstəkarlar Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov, şairlər Rəsul Rza, Mirzə Ələkbər Sabir, violençel ustası Mstislav Rostropoviç və başqa mədəniyyət xadimlərinə həsr etdiyi əsərlər də öz müəllifinə dünya şöhrəti gətirib. Yeri gəlmişkən, film Qara Qarayevin musiqisi ilə müşayiət olunur.
   Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” kinostudiyasında lentə alınıb. Ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar