AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılovun “Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı kitabı çapdan çıxıb.
Kitabda “qurd” anlayışının türk xalqları arasında daşıdığı mənalar geniş şəkildə təhlil olunub. Kitabın sonunda “qurd dili”nə məxsus sözlərin lüğəti və qədim dildə olan sözlərin müasir Azərbaycan dilində qarşılığı verilib.