Dekabrın 10-16-da Bakıda Avropa Film Festivalı keçiriləcək. Tədbir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanda təmsil olunan Avropa İttifaqı ölkələrinin səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutacaq.
   Bu barədə jurnalistlərə məlumat verən Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, Avropa Film Festivalında 14 Avropa ölkəsi (Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan, Fransa, İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa, Rumıniya, Böyük Britaniya) filmlər nümayiş etdiriləcək.
   Diplomat qeyd edib ki, filmlər Avropada müxtəlif ictimai təbəqələri narahat edən miqrasiya, işsizlik, bürokratiya, ahıl insanların problemləri kimi məsələlərdən başlayaraq qlobal istiləşməyədək bir çox mövzuları əhatə edir: “Bakıda Avropa Film Festivalı sonuncu dəfə iki il öncə keçirilmişdi, ancaq həmin festivalda nümayiş olunan filmlərin sayı daha az idi. Bu layihəni biz gələcəkdə də davam etdirmək niyyətindəyik. Biz bu layihəni gəlir üçün yox, mədəniyyətlərin tanıdılması və öyrənilməsi üçün həyata keçiririk”.
   Festival Belçikanın “Hop” filmi ilə başlayacaq. Film deportasiyaya məruz qalmış, Brüsseldə yaşayan qeyri-qanuni immiqrantlar Castin və onun atası Dibondan bəhs edir.
   Mətbuat konfransında o da qeyd olunub ki, Avropa Film Festivalında təqdim olunan bütün filmlər ingilis dilində, bir neçəsi isə Azərbaycan və rus dilində olan subtitrlərlə veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar