Qazax rayon MKS-nin Ermənistan ilə həmsərhəd olan Bala Cəfərli kəndindəki kitabxana filialı N saylı hərbi hissənin əsgərlərinə “Vətən sənə əmanətdir!” adlı səyyar kitabxana xidməti təşkil edib.
Filialın böyük kitabxanaçısı Ceyhun Rəhimov kitabxananın fondundan müxtəlif sahələrə dair kitablar haqqında hərbçilərə qısa məlumat verib. Hərbi hissənin bir qrup zabit və əsgəri kitabxanaya üzv olub. Çoxlu sayda kitablar hərbi hissəyə istifadə üçün təqdim olunduqdan sonra komandirin siyasi işlər üzrə müavini Şamxal Şıxıyev göstərilən mədəni xidmət üçün minnətdarlığını bildirib.