Astaranın ucqar dağ kəndi olan Sım kəndindəki Folklor evində uzun illər rayonda abidə mühafizəçisi işləmiş Ziyadxan Əliyevin anadan olmasının 65 illiyi və təqaüdə yola salınması ilə əlaqədar tədbir keçirilib.
Tədbiri Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov açaraq Sım kəndinin tarixi abidələri və gözəl təbiəti ilə məşhur olduğunu diqqətə çatdırıb. O, Z.Əliyevin yaşadığı kənddə qazandığı nüfuz və hörmətə layiq belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. Yubilyara fəxri fərman və hədiyyə təqdim edilib.
Sım kənd folklor evinin metodisti Ruslan Əliyev “Abidələrin qoruyucusu” mövzusunda məruzə edib. Tarix və mədəniyyət abidələrinin mühafizəçiləri Nadirə Dadaşova və Baloğlan Xudadadov rayonun və Sım kəndinin tarixi abidələri haqqında məlumat verib, kollektiv adından Z.Əliyevi təbrik ediblər.
Sım kənd orta məktəbinin direktoru Nəbi Xalıqov, Pəlikəş bələdiyyəsinin sədri Xaqani Xalıqov və digər çıxış edənlər Z.Əliyevin kənddə gördüyü xeyirxah işlərdən, şair qəlbli insan kimi yazdığı şeirlərdən danışıblar.
Sonda Z.Əliyev ona göstərilən diqqətə görə uzun müddət işlədiyi kollektivə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.