Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan və Çinin bağ-park incəsənəti” mövzusunda elmi seminar keçirilib.
AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Nərmin Əliyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Fərid Kərimov, AMEA-nın Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Sitarə Tarixazər klassik Çin bağının quruluş xüsusiyyətləri, Çin bağ-park incəsənətinin etik-fəlsəfi aspekti, dekorativ bağçılığın inkişaf tarixi və müasir Azərbaycan şəhərlərinin landşaft memarlığı təcrübəsi barədə danışıblar.