Kitabxana Xocalıya həsr olunmuş sərgi keçirir
   
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Qanlı izlər" adlı sərgi keçiriləcək. Sərgidə kitabxana oxucularının və könüllü rəssamların əl işləri nümayiş etdiriləcək.
   Sərgiyə qatılmaq istəyən hər bir kəs özü haqqında qısa məlumatı və əl işlərinin fotosunu xelilrza@inbox.ru elektron ünvanına göndərə bilər.
   İşlərin qəbulu fevralın 20-də başa çatacaq.