Fevralın 9-da AMEA Hüquq və İnsan Haqları İnstitutunda rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” adına medalın təqdimetmə mərasimi keçirilib.
İnstitut tərəfindən təsis edilmiş mükafat O.Kuznetsova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar apararaq münaqişə barədə həqiqətləri dünya birliyinə düzgün, təkzibolunmaz faktlarla çatdırdığına görə təqdim olunub.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva O.Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının əhəmiyyətini vurğulayıb.