Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi dekabr ayının 1-dən 5-dək Polşada keçirilən Beynəlxalq “Zubroffka” kinofestivalında 2-ci mükafata layiq görülüb. Festivalın builki proqramında mükafatlar uğrunda 25-dən artıq ölkənin 67 filmi mübarizə aparıb. Qeyd edək ki, “Zubroffka” kinofestivalında yalnız müxtəlif festivallarda iştirak edən və mükafat qazanan filmlər qatıla bilər. Festival 5 bölmədə keçirilib. “Miras” filmi “Şərqə pəncərə” bölməsində Azərbaycanı təmsil edib.
   Xatırladaq ki, “Miras” sənədli filmi oktyabr ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqarafiya sənətinə sədaqətə görə" diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə "Maarif" diplomuna layiq görülüb. 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunan filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçı Firudin İsmayılov, səs rejissoru -Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar