Fevralın 27-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı” adlı rəsm sərgisi açılacaq.
   Layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.
   Sərgidə eyniadlı müsabiqəyə təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq. İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək. Qalib iştirakçılar mükafatlandırılacaq.