Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı görkəmli kinorejissor, Xalq artisti, Dövlət mükafatları laureatı Rasim Ocaqovun adına təqaüd təsis edib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, sənətkarın adına təqaüd Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə təsis edilib və ən yaxşı oxuyan, istedadı ilə fərqlənən tələbəyə veriləcək.
Rasim Ocaqov təqaüdünə ilk olaraq kinorejissor, Xalq artisti Eldar Quliyevin tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Masər Həsənov layiq görülüb.