Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqə 
   
   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Memarlıq və İnşaat Universiteti və Xətai Sənət Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99 illiyi münasibətilə tələbələr arasında "Eskizimdə sizi düşündüm" adlı eskiz müsabiqəsi elan edir.
   Məqsəd müasir eskiz planlaşmanın inkişafına stimul yaratmaqdır.
   Müsabiqə iki turdan ibarətdir.
   Birinci turdan keçmiş əsərlər sərgilənərək mükafatlanma hüququ qazanacaq.
   
   I yer - 3 aylıq əlaçı təqaüdü;
   II yer - 3 aylıq zərbəçi təqaüdü;
   III yer - 3 aylıq adi təqaüd.
   Həvəsləndirici mükafat (5 nəfər).
   
   İştirak etmək istəyənlər əsərlərini 2017-ci il aprel ayının 20-dək Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.
   Müsabiqəyə başqa tədris müəssisələrinin tələbələri və həvəskarlar da qatıla bilər.
   Seçilmiş əsərlər Xətai Sənət Mərkəzində və Memarlıq və İnşaat Universitetində sərgilənəcək.
   Seçim komissiyası universitet müəllimləri və peşəkar mütəxəssislərdən təşkil olunacaq.
   Sərgilənən əsərlərin müəllifləri diplomla təltif olunacaq.