Fevralın 14-də Şəmkir şəhərində Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilib.
Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsədullayev, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarını təmsil edən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” ölkə başçısının 29 mart 2016-cı il tarixli sərəncamının icrasının təmin edilməsi, nazirliyin regional idarələrinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə məlumat verilib.
Müşavirədə işə qəbul zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət ocaqlarının fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb.