Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanasının Uşaq şöbəsində 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilib.
Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova Azərbaycan dilinin tarixi və müasir inkişafından, məna dolğunluğundan bəhs edib.
Balaca oxucuların ifasında vətənə, ana dilinə həsr olunmuş şeirlər valideynlər və kitabxana işçiləri tərəfindən maraqla dinlənilib. Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan uşaqların bədii zövqünün formalaşmasında, mütaliə bacarığının artması və söz ehtiyatının yaranmasında belə tədbirlərin əhəmiyyətindən danışıb.