Martın sonunadək “Bizim kino günləri” layihəsi çərçivəsində filmlər nümayiş olunacaq
   
   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb.
   İdarədən bildirilib ki, kinoteatrın 300 nəfərlik zalı Şüvəlan və ətraf qəsəbə sakinlərinin asudə vaxtlarını daha maraqlı və əyləncəli keçirmələri üçün imkan yaradır. Kinoteatrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmi olub.
   Qeyd edək ki, kinoteatrda martın sonunadək Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının “Bizim kino günləri” layihəsi çərçivəsində filmlər nümayiş olunacaq. Həmçinin kinoteatrda komediya, dram, fantastik janrlarda olan filmlər, azyaşlı tamaşaçılar üçün isə cizgi filmləri təqdim ediləcək.