Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xocalı faciəsinin ildönümü ilə bağlı tariximizin qan yaddaşından bəhs edən iki səhnə əsəri təqdim olunacaq.
Teatrın kollektivi fevralın 25-də “Xəcalət”, fevralın 26-da isə “Qarabağnamə” tamaşaları ilə sənətsevərlərin görüşünə gələcək.
Erməni fitnəkarlığından bəhs edən hər iki səhnə əsəri dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyir.
“Qarabağnamə” Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında, “Xəcalət” tamaşası isə yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı dramı əsasında hazırlanıb.