“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində “Sabahın elçisi”, “Toğrul” və “Sevda yolu” sənədli televiziya filmlərinin istehsalı başa çatıb. 
      
   “Sabahın elçisi” filmində görkəmli Azərbaycan dramaturqu, filosofu, maarifçisi Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından söhbət açılır. Çəkilişləri Bakıda və Şəkidə aparılan filmdə böyük ədibin əsərlərindən istifadə olunub. Mirzə Fətəli obrazını Xalq artisti Tariyel Qasımov canlandırıb. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.
   “Toğrul” filmi Xalq rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunub. Müxtəlif məkanlarda çəkilmiş kadrlarla zəngin olan filmdə rəssamın əsərləri ilə yanaşı, onun vokal səs imkanları da öz əksini tapıb. Filmin ssenari müəllifi Möhbəddin Səməd, rejissoru Oqtay Babazadə, operatoru Aqil Abbasovdur.
   “Sevda yolu” filmi isə Xalq artisti, “Şöhrət” ordenli Canəli Əkbərovdan bəhs edir. Filmdə ustad xanəndənin düşüncələri və ifaları səslənir. Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Oqtay Əlizadə, operatoru Adil Abbasdır.
   Qeyd edək ki, hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də “Rəsul Rza”, “Marş”, “Müslüm Maqomayev”, “Bəhram Mənsurov”, “Nargin adası” və “General Əliağa Şıxlinski” filmlərinin çəkilişləri davam etdirilir.
   
   İ.Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar