“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dəstəyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Şollar-Bakı su kəmərinin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilir.
   “Şollar-100” rəsm müsabiqəsinə qatılmaq istəyənlər əl işlərini martın 3-dək Azərbaycan Rəssamlar İttifaqına təqdim etməlidir. “Bakı beynəlxalq su həftəsi” (14-18 mart) çərçivəsində baş tutan müsabiqənin yekun sərgisinin martın 14-də “JW Marriott Absheron” hotelində açılması da nəzərdə tutulur.